AZ

"Liverpul" "misirli kral"la vidalaşdı

Məhəmməd Salah "Liverpul"dan ayrılır.

Moderator.az xəbər verir ki, bununla bağlı klub xüsusi videoçarx paylaşıb.

"Həmişə bizim olan "misirli kral". Hər şey üçün çox sağ ol, Mo", - videoçarx bu sözlərlə müşayiət olunub.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir və bu müddət ərzində klubla bütün əsas titulları qazanıb. Onun nailiyyətləri sırasında UEFA Çempionlar Liqası 2018/19, İngiltərə Premyer Liqası 2019/20, İngiltərə Kuboku, Liqa Kuboku, Klublararası Dünya Çempionatı və digər titullar yer alır.

O, "Liverpul"da çıxış etdiyi dövrdə bir neçə dəfə Premyer Liqanın "Qızıl buts" mükafatına da layiq görülüb.

Seçilən
13
1
moderator.az

2Mənbələr