AZ

Bir gündə 274 alpinist Everest zirvəsinə qalxdı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Dünyanın ən hündür zirvəsi olan Everest dağına qalxmaq üçün əsasən Nepal və Çinin Tibet bölgəsindən keçən marşrutlardan istifadə olunur.

Lakin bu mövsüm Çin marşrutu alpinistlər üçün bağlandığından, Nepal istiqamətində ciddi sıxlıq yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, məhz bu marşrut üzrə 274 alpinist eyni gün Everest zirvəsinə çataraq rekord göstəriciyə imza atıb. 

Bu hadisə insanın fiziki imkanlarını nə qədər irəli apara bildiyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Belə ki, hava şəraitinin yaxşılaşmasından istifadə edən alpinist qrupları çərşənbə günü ard-arda zirvəyə yüksəlib. 

Bu il əsas marşrut üzərində yerləşən iri buz kütləsinin çökmə riski olduğundan, dırmanma mövsümü gec başlayıb. Küləyin zəifləməsi ilə düşərgələrdə gözləyən yüzlərlə alpinist eyni anda hərəkətə keçib.

Nəticədə zirvəyə aparan xətt boyunca insan axını yaranıb. Alpinistlərin böyük hissəsi Şerpa bələdçilərin müşayiəti və oksigen balonlarının dəstəyi ilə zirvəyə qalxıb.

Yalnız ekvadorlu alpinist Marcelo Segovia heç bir dəstək olmadan və oksigen istifadə etmədən Everest zirvəsinə çatmağa nail olub.

Qadın alpinist Lhakpa Şerpa Everest zirvəsinə 11-ci dəfə qalxaraq qadınlar arasında liderliyini qoruyub.

Bu mövsüm nepallı alpinist Kami Rita isə Everestə 32-ci dəfə yüksələrək öz rekordunu yeniləyib.

Qeyd edək ki, Nepal hökuməti bu mövsüm üçün 494 dırmanma icazəsi verib.

Bir nəfər üçün 15 min dollar təşkil edən icazə haqqı ölkə iqtisadiyyatı üçün mühüm gəlir mənbələrindən hesab olunur.

Əfsanə 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr