JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze


Avropa İttifaqı Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalına qadağa tətbiq edib.

Qərarın səbəbi həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Azərbaycan da Braziliyadan böyük həcmdə ət alır. Satıcıların sözlərinə görə, bu ölkədən alınan ətin digərlərindən əsas fərqi məhsulun daha keyfiyyətli olmasıdır.

Satıcı Abbas Vəliyev qeyd edib ki, can əti qiymətinə ətlər satırlar ki, kiloqramı 16 manatdır:

“Tələbat yüksək səviyyədədir, əsas alıcılar da kafe-restorandır. Satdığımız məhsulların hamısı AQTA-ın sağlamlıq aktı ilə tərtib edilir. Ay ərzində məhsul 3-4 dəfə gəlir”.

Ekspertlər bu ilin ilk 4 ayı ərzində ət idxalında artım qeydə alındığını deyirlər. Belə ki, ölkəyə xaricdən təxminən 15-16 min ton ət gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 17-18 faiz çoxdur.

Bəs sözügedən Braziliya ətinin idxalı dayandırılarsa, qiymətlərdə hansı dəyişiklik ola bilər?

İqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkədə iribuynuzlu heyvanların sayı və örüş yerləri azalıb:

“Belə olduğu halda daxili tələbatımızı təmin etmək üçün xarici bazara üz tuturuq. Biz oradan dondurulmuş ət, quş əti məhsulları idxal edirik. Təbii ki, bu, bazara təsirini göstərir. Amma bu da qiymətlərdə müəyyən artım ola biləcəyini göstərir. Qarşıdan da Qurban Bayramının gəldiyini nəzərə alaraq, 10 faizə yaxın artım ola bilər”.

İctimai tv

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX