AZ

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Bakı, 23 may, AZƏRTAC

UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş “Neftçi” Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubu 59 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada qalıb.

Turun digər matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan görüşlərdə “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.

Seçilən
5
6
azertag.az

10Mənbələr