AZ

İcra hakimiyyəti 173 minə iki su tankeri alır

Ordubad Rayon İcra Hakimiyyəti "Alfa Motors Company" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Publika.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, şirkət icra hakimiyyətinin kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Müqavilənin maliyyə dəyəri 173 000 manatdır. Qurum bu məbləğə iki ədəd su tankeri almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Alfa Motors Company" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

Seçilən
41
3
publika.az

4Mənbələr