ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mayın 21-dən etibarən 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyata start verilib.
Qeydiyyat idman, təsviri sənət, musiqi sənəti, eləcə də teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərini əhatəedir.
Qabiliyyət imtahanları ilə bağlı şagirdlərin ən çox ünvanladığı suallardan biri də “Bir neçə komissiya üzrə qeydiyyatdan keçmək mümkündürmü?” sualıdır.
Redaktor.az azedu.az-a istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə yalnız bir istiqamət daxilində maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, qeydiyyat iyunun 1-dək davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.