Badımcan dedikdə çoxumuzun ağlında ilk olaraq yağda qızartma fikri canlanır. Lakin badımcanı yağın içində ağırlaşdırmadan, sobada və bol aromalı xüsusi sousla hazırladıqda ortaya tamamilə fərqli bir dad çıxır. Üstəlik, ət istifadə edilmədən hazırlanan bu resept doyumculuğu ilə süfrədə əsas yemək effekti yaradır.
Yeməyin ən böyük sirri tərəvəzlərin çox yağ çəkməsinin qarşısını almaqdır. Bu üsulda badımcanlar öz təbii aromasını itirmədən bişir və sousla birləşdikdə möhtəşəm bir dad qazanır.
Aznews.az lazım olan məhsulları təqdim edir:
Əsas tərəvəzlər:
1 kiloqram badımcan
1 kiloqram kartof
1 tatlı qaşığı duz
4 xörək qaşığı duru yağ
Xüsusi sousu üçün:
1 qəhvə fincanına yaxın duru yağ
4 diş sarımsaq
2 orta boy baş soğan
1 orta boy pomidor
2 ədəd yaşıl şirin bibər
1 ədəd qırmızı şirin bibər (kapya)
1 çay qaşığı pomidor tomatı (salça)
1 çay qaşığı qırmızı şirin toz bibər
1 çay qaşığı duz