"Neftçi"nin kapitanı Emin Mahmudov komandada qalmaq istəyir.
BAKU.WS xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə "Report"a müsahibəsində bildirib.
Təcrübəli yarımmüdafiəçi başqa təklifləri düşünmədiyini söyləyib:
"Neftçi" ilə danışıqlarımız davam edir. İnşallah, bu komandada qalmaq istəyirəm. Başqa təklifləri düşünmürəm. Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu klubda davam etmək niyyətindəyəm".