AZ

Bəqayidən ABŞ yə xəbərdarlıq: “İran geri çəkilməyəcək”

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran nüvə proqramı ilə bağlı mövqeyindən geri çəkilməyəcək.

“Cebheinfo.az” “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İranın Vaşinqtonla danışıqlarda yeganə diqqətinin bütün cəbhələrdə müharibəni dayandırmaq olduğunu bildirib.

Bəqayi bəyan edib ki, Tehranın danışıqlarda bütün səylərinin Livanda və Hörmüz boğazında vəziyyətin nizamlanmasına yönəlib:

"Biz bunu əvvəllər iki dəfə bəyan etmişik, lakin qarşı tərəfin həddindən artıq tələbləri bizi müharibəyə apardı".

Bəqayi əlavə edib ki, Tehran regionda hazırkı vəziyyəti görməzdən gələ bilməz:

“Əvvəlcə maraqlarımızı və narahatlıqlarımızı təmin edən şərtlərlə müharibəyə son qoymalıyıq. Yalnız bundan sonra digər məsələlər barədə danışa bilərik”.

Bəqayi həmçinin İranın Vaşinqtonla nüvə proqramı ilə bağlı müzakirələrə getməyəcəyini də bildirib.

“İranın nüvə proqramı ilə bağlı mövqeyi aydındır. Tehran NPT üzvüdür və dinc nüvə enerjisi hüququna malikdir. Nüvə danışıqlarında əldə edilən razılaşmalar qarşı tərəfin əsassız tələbləri üzündən uğursuz olub və nəticədə bu, danışıqların dayanmasına gətirib çıxarıb”, - deyə  o qeyd edib. 

İranlı diplomat Pakistanın vasitəçiliyi ilə ABŞ-la aparılan danışıqların nəticələrinə də toxunub:

“Biz razılaşmanın yaxın olduğunu deyə bilmərik. Bu, mütləq belə deyil.İran və ABŞ arasında fikir ayrılıqları dərin və çoxsaylıdır”.

O bildirib ki, həm regional, həm də digər ölkələr müharibənin sona çatmasına və hərbi eskalasiyanın qarşısını almaq üçün  üçün çalışırlar. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
50
cebheinfo.az

10Mənbələr