AZ

“Mingəçevir” “Qəbələ”nin rəqibi oldu

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Ötən tur çempionluğu təmin etmiş “Şəfa” Binə qəsəbə stadionunda “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi görüşü Mingəçevirdə baş tutub. Burada şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 51-ə yüksəldən “Mingəçevir” mövsümü 2-ci pillədə başa vurub və Premyer Liqaya yüksəlmək üçün “Qəbələ” ilə pley-off matçına çıxacaq.

“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda isə qalib müəyyənləşməyib.

Seçilən
11
2
idmanxeber.az

3Mənbələr