AZ

İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaq

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunun “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, artıq çempionatın gümüş medallarını təmin etmiş Ağdam təmsilçisinin bu oyun üçün start heyəti açıqlanıb.

Baş məşqçi Qurban Qurbanovun seçdiyi heyətdə diqqətçəkən məqam gənc futbolçu Məhəmməd İmaməliyevlə bağlıdır. Belə ki, adı ilk 11-liyə daxil edilən M. İmaməliyev karyerasında ilk dəfə “Köhlən atlar”ın heyətində rəsmi matçda meydana çıxacaq.

Qeyd edək ki, oyun saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
2
qafqazinfo.az

3Mənbələr