AZ

Braziliyalı nümayəndə: İctimai məkanlar və yaşıl ərazilər böyük şəhərlərin gələcəyi üçün vacibdir

İctimai məkanlar və yaşıl ərazilər böyük şəhərlərin gələcəyi üçün çox vacibdir. Çünki insanların bir-biri ilə əlaqə qurmasına ehtiyac var.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Braziliyada mənzil məsələləri ilə məşğul olan koalisiyanın proqram koordinatoru Abdifatah Hared söyləyib.

İnsanların bir araya gəlməsinin vacib olduğunu bildirən braziliyalı nümayəndə deyib: “Təbiətin bir parçası olmaq yalnız uşaqların deyil, böyüklərin də inkişafı üçün mühümdür. Buna görə də insanların təbiətlə təmasda qalmasını və icma olaraq birlikdə ola bilməsini təmin etmək çox önəmlidir”.

Seçilən
0
3
yeniazerbaycan.com

4Mənbələr