AZ

İvrit Universitetin tələbəsi: “Bakı Ağ Şəhər” layihəsi sahil xəttinin necə uğurla yenidən qurula biləcəyini göstərir

Bakı, 22 may, AZƏRTAC

Bakıdakı “Bakı Ağ Şəhər” layihəsi mənzil təminatı və ərazinin modernləşdirilməsi vasitəsilə sahil xəttinin necə uğurla yenidən qurulacağını nümayiş etdirir. Bizim ölkəmizdə də sahil xətti var və mən məhz belə bir bölgədə işləyirəm. Ona görə də sahilboyu ərazilərin bu cür təkmilləşdirilməsi, zənnimcə, hər bir ölkənin Azərbaycandan öyrənməli olduğu bir təcrübədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının iştirakçısı, İvrit Universitetində Qlobal İnkişaf Araşdırmaları üzrə magistr təhsili alan kolumbiyalı tələbə Andrea Farias Pinto deyib.

"Biz adətən həm iqtisadiyyat üçün məhsuldar olan, həm də insanlar üçün faydalı mühit yaradan sahil xəttinin inkişafını o qədər də nəzərə almırıq. Məncə, hər kəs Azərbaycana gəlməli, bu regionu görməli və bu mənada necə inkişaf etdiyinizi şəxsən anlamalıdır", - deyə o əlavə edib.

Seçilən
20
azertag.az

1Mənbələr