AZ

Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?

Bakı-Tiflis-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır: "Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 26-dan etibarən Bakı-Tiflis-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Seçilən
50
10
buta.tv

10Mənbələr