AZ

Lesoto rəsmisi: “WUF13 də ölkəmizdə tətbiq edə biləcəyimiz təcrübələrlə tanış olduq” VİDEO

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Tədbir çox maraqlı idi. Mənzil təminatı ilə bağlı bütün aktual məsələlər müzakirə olundu. Mən Lesotonun Mənzil Təminatı Departamentində çalışıram. İqlim dəyişikliyindən tutmuş, şəhər yoxsulluğu, inklüzivlik və qadınların problemlərinə qədər müxtəlif mövzulara toxunuldu. Çox rəngarəng və eyni zamanda olduqca informativ bir tədbir idi.Bu fikirləri Bizim.Media-ya açıqlamasında Lesotonun Mənzil Təminatı Departamentini təmsilçisi Mamina Henqxodur bildirib.“Biz WUF13-də öz ölkəmizdə tətbiq edə biləcəyimiz çoxlu məlumatlar əldə etdik. Digər ölkələrin təcrübələri, mənzil təminatı sahəsində qarşılaşdıqları çətinliklər və onların tapdıqları həll yolları barədə geniş informasiya topladıq”, deyə o qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
bizim.media

2Mənbələr