Rusiyanın Ermənistan xalqına münasibəti dostcasınadır, lakin Rusiya Ermənistanda baş verən proseslərə səssiz qala bilməz.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
O, “Maks” kanalında yazıb: “Paşinyan artıq bütün siyasi qərarlarını verib, Rusiyaya dost olmayan, Rusiya Federasiyasını məhv etməyə çalışan ölkələrlə münasibətlər qurmaq”.
O, Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən qərarlar arasında parlamentin Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qanun qəbul etməsini, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasını və ona üzvlüyünü sadalayıb.
Volodin qeyd edib ki, Paşinyanın AİB-də qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etməyə davam etmək cəhdidir və bu, artıq Ermənistanın ÜDM-nin 2,5 dəfə artmasına səbəb olub.