Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.
Yenicag.az bildirir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.
Yenicag.az bildirir ki, “Report”un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.
R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.
