AZ

“İnklüziv şəhərlər üçün əsas maneə torpaq yox, institusional problemlərdir” - Enrique R. Silva

“Daha inklüziv şəhərlərin yaradılması Cənubi Afrika kontekstində son dərəcə vacib bir məsələdir. Eyni zamanda bu təcrübələrdən çıxan dərs olduqca ardıcıldır: dövlətlər dövlət torpaqlarını strateji şəkildə səfərbər etdikdə, nəticədə tək bir layihənin sərhədlərini aşan və uzunmüddətli ictimai faydalar yarada bilirlər”.

Redaktor.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Şəhərin inkişafı üçün torpaq əsaslı strategiya kimi dövlət əmlakının idarə edilməsi” adlı sessiyada Linkoln Torpaq Siyasəti İnstitutunda (Lincoln Institute of Land Policy) Baş Proqram Məsulu vəzifəsində çalışan Enrique R.Silva bildirdi.

Onun fikrincə, ən böyük maneələr fiziki deyil, institusional xarakter daşıyır.

“Braziliyada apardığımız ssenari planlaşdırma işləri, Cənubi Afrikada torpağın istifadəyə verilməsi ilə bağlı təcrübələrimiz göstərir ki, əsas problem çox vaxt torpağın özünün mövcud olub-olmaması deyil. Yəni məsələ sadəcə torpağın olub-olmaması ilə bağlı deyil. Əsas maneələr başqa amillərlə bağlıdır”.

Aytəkin TOFİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr