AZ

Asimmetrik müharibə: Ukraynanın yeni taktikası...

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski döyüş meydanındakı çətin şəraitə baxmayaraq, 2026-cı il üçün yeni strategiyaya keçid edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sırski Avropa Birliyi Hərbi Komitəsinin iclasında çıxışı zamanı bildirib ki, Ukrayna məhdud resurslarla say üstünlüyünə malik Rusiya ordusuna qarşı “tükəndirmə müharibəsi” strategiyasından asimmetrik müharibə modelinə keçir.

Baş komandan vurğulayıb ki, Ukraynanın əsas məqsədi Rusiyanın irəliləyişini dayandırmaq, düşmənin ehtiyat qüvvələrini tükətmək və dərin arxa cəbhəyə yüksək dəqiqlikli zərbələr endirməkdir. Sırski müharibənin gedişatı ilə bağlı aşağıdakı məqamlara diqqət çəkib:

Düşmənə maksimum itki vermək, ehtiyatlarını zəiflətmək və hücum potensialını davamlı şəkildə azaltmaq.

Mövqe savaşından imtina edərək Rusiyanın müdafiə sənayesi müəssisələri də daxil olmaqla dərin arxa bölgələrə zərbə imkanlarını genişləndirmək.

Ukrayna ordusu bu strateji dəyişiklikləri həyata keçirmək üçün həm texnoloji, həm də əməliyyat addımları atır.

Sırski Avropa İttifaqı ilə birgə “Dron Koalisiyası” yaradılmasına çağırış edib.

Onun sözlərinə görə, hazırda pilotsuz uçuş aparatları bölmələri ay ərzində orta hesabla 15 rus hərbçisini sıradan çıxarır. Bu göstərici Ukraynanın pilotsuz sistemlərdən strateji asılılığını açıq şəkildə nümayiş etdirir.

Baş komandan həmçinin bildirib ki, Rusiya Pokrovsk istiqamətində təxminən 106 min hərbçi cəmləşdirib və bu istiqamət cəbhənin ən aktiv nöqtələrindən biri hesab olunur.Müharibənin beşinci ilində hərbçilərin yorğunluğu şəxsi heyət siyasətində də dəyişiklikləri zəruri edib.

Ukraynanın yeni hərbi plana əsasən, bir hərbçi cəbhədə maksimum 2 ay xidmət etdikdən sonra rotasiyaya göndəriləcək. Eləcə də bir əsgərin ordu sıralarında qalmağını təşviq etmək üçün 6–9 aylıq qısamüddətli müqavilələr tətbiq olunacaq. 

Eyni zamanda döyüş bölmələrində xidmət edən hərbçilər üçün minimum aylıq maaşın 30 min qrivna (təxminən 785 dollar) səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr