Apasport saytına istinadən ain.az xəbər verir.
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda keçəcək.
Apasport.az xəbər verir ki, bu məqsədlə komandamız bu gün Minskə yola düşüb.
Altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 idmançı cəlb edib.
Qeyd edək ki, yığmamız Avropa Liqasının ilk tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
AVF rəsmisi CEV-in iclasında iştirak edib
Millimizin kapitanı bəlli oldu
Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.