AZ

“Yaşayış planlaşdırılmasında qadınların ehtiyacları nəzərə alınmalıdır” BAHAR MURADOVA

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qadın başçılı ailələr və məcburi köçkün qadınlar daha həssas şəraitdə yaşayırlar. Uyğun yaşayış yerlərinin olmaması onları çətin vəziyyətə salır”.

Gununsesi.info bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib:

“Bu isə göstərir ki, yaşayış məskənlərinin təmin olunması ilə yanaşı, insan hüquqları və sosial məsələlər də əsas diqqətdə saxlanılmalıdır.

Qadınların ehtiyac və təcrübələrinin nəzərə alınması vacibdir. Onların sosial mühitinin düzgün qurulması gender bərabərliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda uzun illərdir gender bərabərliyi dövlət siyasətinin diqqət mərkəzindədir. Yerli icra hakimiyyətləri yanında gender məsələləri üzrə komissiyalar fəaliyyət göstərir və yerli səviyyədə qadın və qızların qarşılaşdığı ayrı-seçkilik hallarının aradan qaldırılması istiqamətində iş aparılır.

Şəhər və yaşayış məkanlarının planlaşdırılmasında qadınların sosial və iqtisadi ehtiyacları da nəzərə alınmalıdır. Qayğı iqtisadiyyatı ilə bağlı yanaşmalar da bu prosesdə mühüm rol oynayır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr