ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqası üçün 2-ci “pley-off”çu kim olacaq?
Bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oynayacaq 2-ci komanda müəyyənləşəcək.
QOL.az xəbər verir ki, bu, 1-ci liqanın sonuncu - 27-ci turunda keçiriləcək "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olacaq.
1-ci liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək. Hazırda isə "Səbail" 50 xalla 2-ci, "Mingəçevir" 48 xalla 3-cüdür. Bu isə o deməkdir ki, bugünkü görüşdə "Səbail"ə heç-heçə də sərf edir, "Mingəçevir" isə mütləq qalib gəlməlidir.
Oyunu FİFA referisi Elçin Məsiyev idarə edəcək.
22 may
17:00."Mingəçevir” – “Səbail”
Baş hakim: Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),
Qeyd edək ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu mayın 28-də neytral meydanda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.