AZ

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

"Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz", - məlumatda bildirilib.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort+ və lüks olmaqla, üç sinif üzrə xidmət göstəriləcək. Siniflər üzrə gediş haqqı da açıqlanıb.

Seçilən
9
6
far.az

10Mənbələr