AZ

"Qarabağa qayıdan insanların ehtiyaclarını və bacarıqlarını hər il araşdırırıq” —

"Qarabağ bölgəsindən və işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olmuş insanların vəziyyətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır".Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası çərçivəsində təşkil olunan “Akademiya və Tədqiqat” adlı dəyirmi masada çıxış edən millət vəkili Fariz İsmayılzadə deyib. O bildirib ki, tədqiqatlar zamanı qarşıya çıxan əsas problemlərdən biri etibarlı məlumatların əldə edilməsi ilə bağlı olur:"İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni şəhər və kəndlər salınır. Bu prosesdə əsas məsələlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və onların sosial-iqtisadi vəziyyətinə dair dəqiq məlumatların toplanmasıdır.Hazırda Azərbaycan hökuməti artıq təxminən 8 min keçmiş məcburi köçkünü öz yurdlarına köçürüb və onlar həmin ərazilərdə yaşayır, işləyir və təhsil alırlar. Yeni icmaların formalaşdırılması isə tamamilə sıfırdan həyata keçirilir, çünki əvvəlki yaşayış məntəqələrinin böyük hissəsi dağıdılıb".Paneldə vurğulanıb ki, yeni yaşayış məntəqələrinin planlaşdırılması zamanı insanların iqtisadi bacarıqları ilə mövcud iş imkanları arasında uyğunluğun təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda şəhər və kənd mühitindən gələn insanların fərqli həyat tərzləri də nəzərə alınmalıdır.'Azərbaycan hökuməti bu istiqamətdə ADA Universiteti ilə əməkdaşlıq edir. Universitet hər il keçmiş məcburi köçkünlər arasında sorğular keçirərək onların ehtiyaclarını, iqtisadi vəziyyətini, peşə bacarıqlarını, ailə tərkibini və doğma yurdlarına qayıtmaq istəklərini araşdırır.Bu genişmiqyaslı tədqiqat layihəsi şəhərsalma, kənd inkişafı və dövlətin bərpa siyasəti üçün mühüm məlumat bazası formalaşdırır. Eyni zamanda universitetlərin dövlət siyasətinə cəlb olunmasının digər ölkələr üçün də faydalı model ola bilər".

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
18
metbuat.az

1Mənbələr