AZ

"2028-ci ildə Bakıda tramvay yolları istifadəyə verilə bilər" -

"Nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülüb. Ümumi uzunluğu 400 kilometr olan yol infrastrukturu qurulub. İctimai nəqliyyatın səmərəliliyini artırmaq üçün avtobus parkı 30 faiz genişləndirilib və bir il ərzində 2300 avtobus istifadəyə verilib.Bu genişlənmə nəticəsində hazırda ictimai nəqliyyat sistemi təxminən 500 milyon sərnişinə xidmət göstərir".Mətbuat.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib. "Metro və şəhərətrafı dəmir yolu şəbəkəsi də intensiv şəkildə inkişaf etdirilir. Sərnişin dəmir yolu xətləri yaşayış ərazilərinə inteqrasiya olunur, mövcud xətlər modernləşdirilir və yeni marşrutlar planlaşdırılır.Bununla yanaşı, metro şəbəkəsinin optimallaşdırılması istiqamətində işlər aparılır. Yaşıl və qırmızı xətlərin şəhərin mərkəzində, əsas dəmir yolu vağzalı ilə əlaqələndirilməsi planlaşdırılır. Bu yenilənmə şəhərin ən böyük və strateji əhəmiyyətli nəqliyyat sistemləri arasında əlaqəni gücləndirəcək".AYNA rəsmisi bildirib ki, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir, 2028-ci ilə qədər bunu istifadəsinə çalışırlar:"Biz artıq 40 milyondan çox aktiv istifadəçiyə çatmışıq. Sistem üzərində 35 mindən çox xidmət və 400 mindən artıq istifadəçi fəaliyyət göstərir. Bu artım bizi daha da ruhlandırır və gələcəyə ümid verir".

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
15
metbuat.az

1Mənbələr