AZ

ABŞ Fidel Kastronun qardaşına qarşı ittiham irəli sürdü – “Reuters”


ABŞ hakimiyyəti Kuba inqilabının lideri Fidel Kastronun qardaşı, ordu generalı Raul Kastroya qarşı ittiham irəli sürüb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Florida ştatının Cənub Dairəsi federal məhkəməsinin elektron məlumat bazasında öz əksini tapıb.
Xüsusilə, ABŞ prokurorları 94 yaşlı Raul Kastroya qarşı dörd qətl, iki təyyarəni məhv etmək və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd ittihamları irəli sürüblər.
Bu iş üzrə daha beş nəfər təqsirləndirilən şəxs kimi qeydə alınıb.
Qeyd edək ki, “CBS News” telekanalı bundan əvvəl ittihamların 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən “Brothers to the Rescue” mühacir təşkilatına məxsus iki təyyarəni vurduğu hadisə ilə bağlı ola biləcəyini bildirmişdi. Kanal həmçinin ABŞ-nin Florida prokurorluğunun bu ilin əvvəlində iş üzrə istintaqı yenidən açdığını qeyd etmişdi.
Seçilən
44
yeniavaz.com

1Mənbələr