"Aston Villa" ötən axşam İstanbulda keçirilən UEFA Avropa Liqasının finalında Almaniya "Frayburq"unu məğlub edərək (3:0) kuboku qazanıb.
Fanat.Az xəbər verir ki, "aslanlar"ın ispaniyalı mərkəz müdafiəçisi Pau Torres karyerasında ikinci UEFA Kubokunu qazanıb.
29 yaşlı futbolçu bundan əvvəl "Vilyarreal"da eyni uğura imza atmışdı.
"Squawka"-nın hesablamasına görə, Torresdən başqa yalnız iki oyunçu oxşar nailiyyətlə öyünə bilər. Söhbət digər ispaniyalı müdafiəçi Alberto Moreno və müvafiq olaraq "Sevilya" ilə "Vilyarreal"la Avropa Liqasını qazanan kolumbiyalı hücumçu Karlos Bakkadan gedir.
Hər üç oyunçunu uğur anlarında oynadıqları klubların baş məşqçisinin fiquru birləşdirir. İspan mütəxəssis Unai Emeri bu kontekstdə də öz izini qoyub.
Mirağa