AZ

İşləməyə davam edəcəyəm" - milliyə dəvət almayan futbolçu

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti milli komandanın DÇ-2026 üçün heyətini açıqlayıb.

​Sportal.az xəbər verir ki, hücum xətti oyunçuları arasında "Betis"in vingeri Antoniyə yer verilməyib. 26 yaşlı futbolçu bununla bağlı açıqlama verib. O, millini dəstəkləyəcəyini deyib:

​"Həmişə etdiyim kimi işləməyə davam edəcəyəm. Çünki bu arzunun alovu daxilimdə hələ də sönməyib ​Milli komanda ilə daha bir dünya çempionatında oynaya bilməyəcəyim üçün təəssüflənirəm. Lakin rahatam və bu ana qədər nail olduğum hər şeylə fəxr edirəm. ​İndi isə altıncı titul uğrunda mübarizədə Braziliyanı təmsil edəcək dostlarıma dəstək olmaq vaxtıdır. Onların hər birini ürəkdən dəstəkləyəcəyəm!".

​Qeyd edək ki, Antoninin bu mövsüm aktivində 14 qol və 10 məhsuldar ötürmə var.

saytlarin hazirlanmasi

Seçilən
29
2
sportal.az

3Mənbələr