AZ

Rusiya Federasiya Şurası xaricdə həbs olunan ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun cəlb edilməsinə icazə verib

Bakı, 20 may, AZƏRTAC

Rusiya Federasiya Şurasının qəbul etdiyi sənədə əsasən, RF Prezidenti ölkənin iştirakı olmadan səlahiyyətləndirilmiş xarici və beynəlxalq məhkəmələr tərəfindən təqibə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi üçün ordu bölmələrini göndərə biləcək.

AZƏRTAC xəbər verir ki, Federasiya Şurasının plenar iclasında Rusiya vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbs olunduğu, cinayət və digər təqiblərlə üzləşdiyi hallarda Rusiya ordusunun istifadəsinə icazə verən qanunu təsdiqlənib.

TASS agentliyinin yazdığına görə, sənədə əsasən, Rusiya Prezidentinin qərarı ilə dövlət orqanları digər ölkələrin məhkəmələri tərəfindən həbs olunan, cinayət və digər təqiblərə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə tədbirlər görəcək.

Seçilən
39
2
azertag.az

3Mənbələr