AZ

Anaklaudiya Rossbax: UN-Habitat Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa sadiqdir

BAKI, 20 may. TELEQRAF

“UN-Habitat üçün mükafatların mühüm əhəmiyyəti var. Bu prosesdə tərəfdaşlarımız da iştirak edir və biz onlarla birlikdə mükafatların təqdim olunması istiqamətində güclü əməkdaşlıq qurmuşuq. Mükafatlar bizə yüksək səviyyəli kuratorlar, ekspertlər və vətəndaş cəmiyyəti ilə birgə işləmək imkanı yaradır”.

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı Şəhərsalma Mükafatı tədbirində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax deyib.

O vurğulayıb ki, UN-Habitat Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa sadiqdir.

“u mükafatla Azərbaycan forum üçün yeni miras qoymuş olur. Bu təşəbbüs təkcə mükafatlandırma prosesi deyil, həm də qlobal təcrübələrin paylaşılması və inkişaf etdirilməsi platformasıdır”.

Seçilən
16
teleqraf.com

1Mənbələr