Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov vətəndaş qəbulu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, qəbul mayın 22-si saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.