ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 may, AZƏRTAC
Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və daha şəffaf qarşılıqlı əlaqə yarada bilər.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Vətəndaşların iştirakı və strateji ünsiyyət vasitəsilə şəhər davamlılığının gücləndirilməsi" mövzusunda tədbirdə moderator, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva deyib.
Onun sözlərinə görə, elektron idarəetmə sistemləri, icma rəyləri tətbiqləri və iştirakçı şəhərsalma modelləri vətəndaşlara öz ehtiyaclarını daha səmərəli şəkildə ifadə etməyə imkan verir.
“Biz artıq beynəlxalq səviyyədə uğurlu nümunələr görürük. Sinqapurda rəqəmsal platformalar vətəndaşlara mənzil və şəhərsalma qərarlarında fəal iştirak etməyə kömək edir. Estoniya da rəqəmsal idarəetmənin şəffaflığı, etimadı və vətəndaş iştirakını necə gücləndirdiyini nümayiş etdirir. Bu nümunələr göstərir ki, texnologiya yalnız texniki vasitə deyil, o, həm də institutlarla icmalar arasında sosial körpüdür", - deyə T.Nəsrullayeva vurğulayıb.
Fotoqraf - Azər İbrahimov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.