AZ

Yeniyetmələrin tez-tez selfi çəkməsi… – Valideynlər buna diqqət yetirməlidirlər


Araşdırmalar yeniyetmələrin selfi vərdişlərinin bəzi hallarda psixoloji problemlərlə əlaqəli ola biləcəyini ortaya qoyub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Children and Media” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqatda 14-17 yaş arası 278 yeniyetmə qız iştirak edib. Onlara sosial mediada nə qədər selfi paylaşdıqları, fotoları redaktə edib-etmədikləri və paylaşacaqları şəkli seçmək üçün nə qədər vaxt sərf etdikləri ilə bağlı suallar verilib.
Nəticələr göstərib ki, sadəcə selfi çəkmək və paylaşmaq bədən görünüşü ilə bağlı ciddi narahatlıq yaratmır. Problem daha çox şəkillərin davamlı redaktə olunması və “mükəmməl görünmək” istəyi ilə bağlıdır.
Araşdırmaya görə, selfilərini tez-tez redaktə edən və paylaşacaqları şəkli seçmək üçün çox vaxt sərf edən qızlar öz görünüşlərinə qarşı daha çox narahatlıq hiss edirlər. Onlarda bədən utancı və özünü bəyənməmə hissi daha çox müşahidə olunur.
Tədqiqat müəllifləri bildiriblər ki, bu vəziyyət “özünü obyektivləşdirmə” adlanır. Yəni insan özünə başqalarının gözü ilə baxmağa başlayır və öz dəyərini yalnız xarici görünüşü ilə ölçür.
Seçilən
42
1
yeniavaz.com

2Mənbələr