AZ

KİV: İran zənginləşdirilmiş uranı ABŞ-a deyil, Rusiyaya verməyə hazırdır

İran Pakistan vasitəsilə ABŞ tərəfinə uzunmüddətli atəşkəslə bağlı yeni təklif göndərib. Xüsusilə Tehran Vaşinqtonun tələb etdiyi kimi zənginləşdirilmiş uranı ABŞ-yə deyil, Rusiyaya təhvil verməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Al-Arabiya məlumat yayıb.

Nəşr sənədlərdən əldə edilən məlumatlara istinadən yazır ki, İran nüvə proqramının tam ləğvi əvəzinə onun uzunmüddətli dondurulmasına razıdır. Şərtlərdən biri kimi təxminən 400 kiloqram zənginləşdirilmiş uranın Rusiyaya verilməsi nəzərdə tutulur.

Tehran həmçinin ABŞ tərəfindən iqtisadi güzəştlər müqabilində ABŞ və İsrailin endirdiyi zərbələrə görə kompensasiya tələblərindən imtina etməyə hazır olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, İran uzunmüddətli mərhələli atəşkəs tələb edir və eyni zamanda Tehranın üzünü qorumasına imkan verəcək siyasi formulun hazırlanmasında israr edir.

Bundan əlavə, İran hakimiyyəti Hörmüz boğazının açılması məsələsinin nüvə məsələsindən ayrı müzakirə edilməsini tələb edir. Tehran istəyir ki, gələcəkdə də Hörmüz boğazı ətrafında yaranacaq istənilən münaqişədə Pakistan və Oman vasitəçi rolunu oynasın.

İranın Tasnim agentliyi Tehrandakı mənbəyə istinadən bildirib ki, ABŞ danışıqlar müddətində İran neftinə qarşı sanksiyaların ləğvinə razılıq verib.

Məlumata görə, Vaşinqton İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında məhdud mülki nüvə fəaliyyətinə davam etməsinə icazə verib və bloklanmış İran aktivlərinin dörddə birinin mərhələli qrafikə uyğun şəkildə dondurulmuş vəziyyətdən çıxarılmasına razılaşıb.

Bununla belə, nəşr əlavə edir ki, Tehran hər iki kompromis təklifini rədd edib. Reuters agentliyinin mənbəsi bildirib ki, hər iki ölkə öz şərtlərini davamlı şəkildə dəyişir.

Poliqon.info

Seçilən
28
50
poliqon.info

10Mənbələr