AZ

Dembele yenidən zədələndi

style='margin-bottom:10px;'>

PSJ Usman Dembelenin zədəsi ilə bağlı məlumat yayıb.

QOL.az xəbər verir ki, ulduz futbolçu mayın 17-də Fransa çempionatının 34-cü turu çərçivəsində "Paris"ə qarşı keçirilən matçın 27-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Klubun yaydığı məlumata görə, o, sağ baldır əzələsində hiss etdiyi narahatlıq səbəbindən ehtiyat tədbiri olaraq əvəzlənib. Yaxın günlərdə futbolçunun müalicəsinə başlanılacaq.

Qeyd edək ki, müvafiq qarşılaşma PSJ-nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Seçilən
68
1
teleqraf.com

1Mənbələr