AZ

Tramp yadplanetlilər və kosmik müharibələrlə bağlı FOTOLAR PAYLAŞDI

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yadplanetlilərə və kosmik müharibələrə həsr olunmuş bir sıra paylaşımlar edib.

Moderator.az xəbər verir ki, ölkə başçısının sosial şəbəkə hesabında bu kontekstdə süni intellekt vasitəsilə yaradılmış şəkillər yer alır.

Paylaşımların birində ABŞ liderinin xüsusi xidmət orqanlarının müşayiəti ilə yadplanetlini xatırladan boz humanoid məxluqla gəzdiyi əks olunur.

"Kosmik qüvvələr" başlığı altındakı digər paylaşımlarda Tramp Yer ətrafı orbitdə döyüş əməliyyatlarını koordinasiya edir.

Tramp görüntülərlə bağlı heç bir şərh verməyib.

Fevralda o, ABŞ hökumətinin Yerdən kənar canlılar haqqında sənədləri yayımlamağa başlayacağına söz vermişdi. Mayın 8-də isə Pentaqon naməlum uçan obyektlər haqqında ABŞ-nin ilk arxiv məlumatlarını ictimaiyyətə açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
moderator.az

2Mənbələr