AZ

Aİ Xarici İşlər Nazirləri Rusiya ilə danışıqlarda nümayəndə təyinini müzakirə etməyəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirlərinin 27-28 may tarixlərində Kiprdə keçiriləcək qeyri-rəsmi görüşündə Rusiya ilə danışıqlarda Aİ nümayəndəsinin təyinini müzakirə etməyəcəyi, müzakirələrin yalnız Ukrayna kontekstində Rusiyaya qarşı Aİ tələbləri siyahısı üzərində aparılacağı bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən mətbuat konfransında açıqlama verib.

“Həmin "Gimnik" (Aİ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşü) toplantısında Rusiyaya qarşı tələblər siyahımızı və Aİ ölkələrinin bu siyahı ətrafında həmrəyliyini müzakirə edəcəyik. Biz Rusiya ilə nə barədə danışacağımızı müzakirə edəcəyik, amma kim danışacaq, onu yox,” – deyə Hipper bildirib.

O, bu açıqlamaları Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın fikirlərinə münasibət bildirərkən səsləndirib. Kallas əvvəllər “sülh sazişlərini qadınlar əldə etdikdə daha effektiv olur” fikrini bildirmişdi. Beləliklə, Kallas Aİ-nin Ukraynadakı münaqişənin həlli üzrə mümkün danışıqlarda məhz özünün nümayəndə olmalı olduğunu əsaslandırmışdı.

Hipper Kallasın bu iddiasını hansı statistikaya əsaslandırdığı sualına cavab verməyib, lakin qeyd edib ki, Kallas “Avropa Komissiyası kimi feministdir”.

Öz növbəsində, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsselin Rusiya ilə danışıqlarda hansı nümayəndəni üstün tutduğu barədə şərh verməkdən imtina edib.

Əvvəllər Rusiya Prezidenti Vladimir Putin Aİ ilə Rusiya arasında mümkün danışıqlar üçün keçmiş Almaniya kansleri Gerhard Şröderin namizədliyinin layiqli olduğunu bildirmişdi. O əlavə edib ki, Rusiya tərəfi heç vaxt danışıqlara qapalı olmayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Moskva ilə danışıqlar aparmasının asan olmayacağını qeyd edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
50
bizimyol.info

10Mənbələr