AZ

“Rusiyanı danışıqlar masasına gətirmək üçün təzyiqi artırmalıyıq” - Aİ rəsmisi

“Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda heç bir irəliləyiş yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Xüsusi bir şey baş vermir. Amma eyni zamanda, Rusiyanın ən güclü mövqedə olmadığını görürük və onu danışıqlar masasına gətirmək üçün təzyiqi artırmalıyıq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə sıx münasibətlər saxlayan Çin Moskvanı bu müharibəyə son qoymağa inandırmalıdır.

"Biz humanitar yardım, ticarət, təhlükəsizlik və müdafiə tərəfdaşlığı kimi alətlərimizi tərəfdaşlarımızın ehtiyacları ilə uyğunlaşdırmalıyıq, eyni zamanda öz maraqlarımızı da nəzərə almalıyıq. Əgər biz ölkələrdə müəyyən layihələri dəstəkləyiriksə və rəqiblərimiz bunlardan faydalanırsa, onda bunu necə dəyişdirəcəyimizi də düşünməliyik. Bundan əlavə, əgər tərəfdaş Rusiyanı və ya İranı dəstəkləyirsə, sistem bu halda qarşılıqlı əlaqələrimizi yenidən nəzərdən keçirməyə imkan verəcək qədər çevik olmalıdır", - deyə siyasətçi əlavə edib.ə

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr