AZ

Putin və Si Cinpin arasında danışıqların gündəliyi açıqlanıb

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Putin və Si Cinpin qlobal və regional məsələləri müzakirə edəcəklər”

Rusiya Prezidenti Vladimir Putin Çinə qarşıdakı səfəri zamanı Çin Plideri Si Cinpinlə bir sıra qlobal və regional məsələləri müzakirə edəcək. AYNA.AZ bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Qoo Ciakun TASS-a verdiyi açıqlamada deyib.

"Səfər zamanı iki dövlət başçısı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar", - deyə o bildirib.

Diplomat Moskva ilə Pekin arasındakı münasibətlərin qlobal strateji sabitliyin və beynəlxalq ədalətin qorunmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, Putinin Si Cinpinin dəvəti ilə Çinə səfəri 19-20 may tarixlərinə planlaşdırılır. İki lider arasında görüşdə əsas mövzu Rusiya ilə Çin arasında ikitərəfli münasibətlər olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
23
ayna.az

10Mənbələr