AZ

Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə - 18-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi distant (məsafədən) formada keçirilir.Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər "Rəqəmsal məktəb" platforması üzərindən tədris olunur.

Müəllimlər şəxsi kabinetlərindəki "Microsoft" alətləri bölməsi vasitəsilə "Teams" platformasına keçid edərək dərs cədvəllərini hazırlayırlar.Onlayn dərslərə qoşulmaq üçün tədris məlumatları platforma üzərindən şagirdlərlə paylaşılır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
49
bizim.media

10Mənbələr