AZ

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb...

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Son nəticədə xarici ticarətdə 6 milyard 354 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,7 dəfə çoxdur.

Poliqon.info

Seçilən
2
3
poliqon.info

10Mənbələr