AZ

“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu

Joze Mourinyonun rəhbərlik etdiyi “Benfika” mövsümü qələbə ilə başa vurub.

QOL.az xəbər verir ki, Portuqaliya Premyer Liqasının son turunda Lissabon təmsilçisi öz meydanında “Eştoril”i 3:1 hesabı ilə məğlub edib. Komandanın qollarından birini qışda “Beşiktaş”dan transfer olunan Rafa Silva vurub.

“Record” nəşrinin məlumatına görə, bu nəticəyə baxmayaraq “Benfika” 80 xalla mövsümü 3-cü pillədə tamamlayıb və Çempionlar Liqasına birbaşa vəsiqə qazana bilməyib.

Bildirilir ki, Rafa Silvanın transfer müqaviləsində bonus maddəsi də yer alıb. Razılaşmaya əsasən, “Benfika” ilk iki pillədə qərarlaşacağı halda “Beşiktaş” əlavə 2 milyon avro qazanmalı idi.

Lakin Portuqaliya klubunun mövsümü 3-cü sırada bitirməsi səbəbindən həmin bonus qüvvəyə minməyib. Beləliklə, İstanbul təmsilçisi planlaşdırdığı əlavə gəlirdən məhrum olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
qol.az

3Mənbələr