Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.