AZ

Almaniya Bundesliqasında mövsümə yekun vurulub

Bakı, 16 may, AZƏRTAC

Futbol üzrə Almaniya Bundesliqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu - XXXIV turun bütün oyunları eyni gündə baş tutub.

Matçların nəticələrinə əsasən, həm avrokuboklara vəsiqə qazanan, həm də Bundesliqanı tərk edən komandalar bəlli olub.

XXXIV tur

"Borussiya Münxenqladbax" - "Hoffenhaym" - 4:0

"Bayer" - "Hamburq" - 1:1

"Bavariya" - "Köln" - 5:1

"Ayntraxt" - "Ştutqart" - 2:2

"Frayburq" - "Leypsiq" - 4:1

"Haydenhaym" - "Maynts" - 0:2

"Sankt Pauli" - "Volfsburq" - 1:3

"Union" - "Auqsburq" - 4:0

"Verder" - "Borussiya Dortmund" - 0:2

Beləliklə, növbəti mövsümdə Almaniyanı UEFA Çempionlar Liqasında çempion "Bavariya", "Borussiya Dortmund", "Leypsiq" və "Ştutqart", Avropa Liqasında "Hoffenhaym" və "Bayer", Konfrans Liqasında "Frayburq" təmsil edəcək.

"Volfsbuq", "Haydenhaym" və "Sankt Pauli" isə Bundesliqanı tərk ediblər.

 

Seçilən
57
1
azertag.az

2Mənbələr