AZ

Bu ərazilərə dolu yağır – Faktiki hava


Mayın 16-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Belə ki, Naxçıvan, Ordubad, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı, Xızı, Quba, Qrız, Xaltan, Göyçay, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Qobustan, Qax (Sarıbaş), Ağsuda arabir şimşək çaxır, yağış yağır. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Saat 10:57-11:05 radələrində Xocalı rayonunun Təzəbinə kəndinə diametri 15 mm, saat 14:45 radələrində Qəbələyə diametri 15-20 mm, saat 15:15 radələrində Naxçıvana diametri 2-8 mm, saat 15:30-15:45 radələrində İsmayıllı rayonunun Tircan kəndinə diametri 6 mm, saat 16:30-16:45 radələrində isə İsmayıllı rayonunun Həftəsov, Çandahar, Zarat və Brovdal kəndlərinə diametri 8 mm olan dolu düşüb.
Seçilən
105
29
yeniavaz.com

10Mənbələr