AZ

Naxçıvana uçuşlar ləğv olunub -SƏBƏB

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bununla bağlı AZAL-ın Redaktor.az-a verdiyi məlumatda bildirilir.

"AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək", - məlumatda qeyd olunur.

Seçilən
19
34
redaktor.az

10Mənbələr