AZ

Sabah yağış yağacağı gözlənilir

Mayın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.

Seçilən
74
49
ikisahil.az

10Mənbələr