AZ

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib -  VİDEO

2026-cı ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib. 

İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.

Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.

Seçilən
24
22
ikisahil.az

10Mənbələr