AZ

O vaxt qızılı niyə itirdin deyib arvadını döydü

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonunda ər arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 15-də rayonun Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Sahib həmin gün saat 18 radələrində yaşadığı evdə arvadı Sürayənin (adlar şərtidir – red.) əvvəllər qızıl-zinət əşyalarını ehtiyatsızlıqdan itirməsini xatırlayıb. Buna görə arvadına təkrarən irad bildirib və həmin səbəbdən onlar arasında ailə-məişət zəminində mübahisə yaranıb. Bu narazılıqla bağlı mübahisə baş verdikdə o, qadının üzərinə hücum edib, qəsdən yumruq zərbəsi ilə baş nahiyəsindən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsi tərəfindən hökm çıxarılan zaman ər-arvadın barışması nəzərə alınıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
demokrat.az

1Mənbələr