"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Gülüstan" sarayında Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası keçirilir.
Senzor.az bildirir ki, toplantıda Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsi regionlarında yerləşən 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir. Mərasimində Azərbaycanın bir sıra dövlət rəsmiləri də iştirak edirlər.
GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.
Qeyd edək ki, Baş Assambleya gün ərzində müxtəlif panellərlə davam edəcək.